adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Şəhidlər Xiyabanında it gəzdirənlər

9803 | 2014-08-25 14:49

Bundan bir neçəgün öncə mətbuatdan oxuduğum bir xəbər məni diksindirdi. Müqəddəs ŞəhidlərXiyabanında dəfn olunan, qanlı 20 Yanvar olaylarında qurban getmiş İlham və FərizəAllahverdiyevaların məzar daşı üzərində təhqiramiz izlər qoyulmuşdu. Hadisə vəhadisə ilə bağlı BŞİH-in məsul işçisinin verdiyi açıqlama məni ən azı təəccübləndirdi.Öncə olayla bağlı bir neçə söz. Hadisənin baş verdiyi yer- AzərbaycanRespublikasının paytaxtı Bakı şəhəri, Şəhidlər Xiyabanı. Hadisənin gerçəkləşdiyizaman- Bundan bir müddət öncə müharibə şəraitində olan ölkəmiz işğalçı Ermənistanınhücumlarına məruz qaldı və nəticədə dünyasını dəyişmiş övladlarımızın şəhadətəqovuşduğu gündən hələ heç 40 gün də keçməyib. Belə bir həsas dönəmdə şəhidlərimizinhaqqını anlamağımız, şəhidlərimizə və onların ailələrinə daha çox hörmət göstərməyimizlazım idi. Mənzərə isə fərqli idi: sosial şəbəkələrdə şəhidlərimizi xüsusən,son 11 şəhidimizi kafir elan edən, onları leş adlandıran, özlərini isə islam təəssübkeşisayan Azərbaycan Respublikasının bir qrup vəhhabi vətəndaşları, televiziyakanallarımızda çal-çağır və gözləri yaşlı şəhid ata-anaları. Və məlum hadisə! Mənbu zaman kəsimində Şəhidlər Xiyabanında şəhid məzarının təhqir olunmasını faciəkimi qiymətləndirirəm. İndi isə BŞİH-nin Əhaliyə Vətəndaşlıq Xidməti Trestininbaş mühəndisinin məsələ ilə bağlı açıqlamasına nəzər yetirək: "ŞəhidlərXiyabanında İlham və Fərizənin məzarına nəcis yaxılması çox güman ki, əraziyə gələnhansısa avara insanların işidir. Bu barədə bizə səhər saatlarında məlumatverilib və dərhal məzarlar təmizlənib. Ərazidə müşahidə kamerası olmadığı üçünhədisəni kimin törətdiyi məlum deyil. Gecə saatlarında əraziyə ancaq 2 polis əməkdaşınəzarət edir. Görünür, bu hadisəni edən kimsə məharətlə polislərin gözündənyayına bilib.” Necə yəni "hansısa bir avara”?! Deməli, Allah uzaq eləsin, şəhidlərimizitəhqir edən "hansısa bir avara” Milli Məclisin yaxınlığında ŞəhidlərXiyabanında terror aktı həyata keçirtməyə cəhd etsə kamera olmadığı və polisləringözündən yayındığı üçün məqsədinə çata bilər? Əgər elədirsə, bu səviyyədə təhlükəsizlikproblemi də faciəmiz deyilmi? Faciələrin də öz səbəbləri, faciələrə aparanyollar olur. Ümumiyyətlə, Şəhidlər xiyabanında nalayiq hərəkətlərə yol verilməsibirinci dəfə deyil. Ailəmlə birgə Şəhidlər Xiyabanını gecə saat 12-dən sonra daziyarət etdiyimiz olub. Dəfələrlə şahid olmuşuq ki, bahalı maşınlardan enən gəncqız və oğlanlar yanlarındakı itləri, köpəkləri qəbir daşlarının üzərindəntullandıra-tullandıra, hay-küylə keçib gediblər. İradımı bildirdikdə mənə, ailəminyanında deyiblər ki, get işinlə məşğul ol! Mən, bu hadisə baş verməmişdən çoxöncə Qarabağ Seyid Ocaqları adına dəfələrlə aidiyyatı orqanlara, millət vəkillərinərəsmi müraciət etmişəm. Dəfələrlə mətbuatda bu mövzu ilə bağlı çıxış etmişəm.Oğlum gənc yazar Mirbəhram "Rəsulzadə, Şəhidlər Xiyabanı və ya ictimai qınaq”adlı yazını qələmə alıb. Təəssüf ki, heç bir müsbət nəticə görə bilməmişəm.Hadisənin baş verdiyi günün səhərisi axşam saat 11-dən sonra ailəmlə birgə ŞəhidlərXiyabanına getdim, yenə bənzər olaylar, qəbirstanlıqda it gəzdirən gənclər...Ümid edirəm, indi sadəcə ümid edə bilirəm ki, Şəhidlər Xiyabanına- məmləkətimizinən müqəddəs yerlərindən birinə sahib çıxacağıq. Şəhidlər Xiyabanına və ətraf əraziyətəhlükəsizlik kameraları ilə yüksək səviyyədə nəzarət olunacaq. Bəli, mənəvibaxımdan və strateji cəhətdən belə bir əhəmiyyətli yerin qorunması üçün ikipolis yetərli deyil, əsgər keşik çəkməlidir. Ümid edirəm ki, çox gəzilən, ammaaz ziyarət olunan Şəhidlər Xiyabanı mətbuatda belə hadisələrlə bağlı deyil,torpaqlarımızın azad olunması xəbəri ilə əlaqədar yenidən gündəmə gələcək. Dedim, axı, ümid edirəm...

TƏQVİM / ARXİV