adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Avqust 2014 14:38
11752
SAĞLAMLIQ
A- A+

Dövlət Gömrük Komitəsi yeniliyə imza atıb

Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Gömrük Hospitalı Azərbaycanda bir ilkə imza atıb. Adalet.az DGK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, hospitalın Urologiya şöbəsində prostat vəzin xoşxassəli hiperplaziyaları zamanı respublikada ilk dəfə olaraq "Tulium Lazer"lə prostatektomiya əməliyyatlarına başlanıb.

Tibbin ən son texnologiyaları içərisində yer alan "Tulium Lazer" cihazı bu xəstəlikdən əziyyət çəkənlərin minimal fəsad riski ilə qansız və kəsiksiz müalicə olunmasına imkan verir.

Bu cihaz vasitəsilə prostat vəzinin adenomasını, yəni böyümüş toxumanı buxarlandıraraq xaric olunması aparılır və bu, əməliyyat dövrünün qısa olması, qan itkisinin olmaması ilə seçilir. Əməliyyat qansız aparıldığına görə xəstə qan itirmir.

"Tulium Lazer” aparatı ölkəmizə İtaliyadan gətirilib və hospitalın mütəxəssislərinə yeni üsulun tətbiqi üçün xaricdə xüsusi treninqlər keçirilib.