adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 Avqust 2014 10:01
9447
MARAQLI
A- A+

5 saniyədə 1250 dollar qazana bilərsiniz?

Bəzən insana elə gəlir ki, 5 saniyə olduqca qısa bir zaman kəsiyidir. Ancaq 5 saniyə ərzində dünyada baş verən hadisələrə nəzər yetirsək, şahidi olarıq ki, bu heç də biz düşündüyümüz qədər kiçik müddət deyil. 
Hər beş saniyədə 21 uşaq doğulur, 8 nəfər dünyasını dəyişir. Beləliklə də 5 saniyə ərzində dünya əhalisi 13 nəfər artır.
Acınacaqlı faktlardan biri odur ki, hər beş saniyə ərzində 1 uşaq aclıq nəticəsində ölür.
İnsan bioloji baxımdan çox mürəkkəb bir varlıqdır. Bunun nəticəsidir ki, hər beş saniyə ərzində insan orqanizmində 500 min kimyəvi reaksiya baş verir.
Kompüter əsrində 5 saniyənin dəyəri daha önəmlidir. Belə ki, bu kiçik müddət ərzində insanlar tərəfindən "YouTube” 6 saatlıq video yüklənir. 5 saniyə ərzində "İnstagram”da 300 foto paylaşılır, 17 milyon elektron məktub göndərilir, Facebook-da 205 min xəbər əksini tapır, 47 yeni internet səhifəsi yaradılır, 23 min "tweet” atılır.
Maraqlı faktlardan biri də vritual seks həvəskarları ilə bağlıdır. Belə ki, 5 saniyə ərzində 1860 nəfər "Google”da porno sözünü axtarışa verir.
5 saniyə ərzində yer səthindən 80 milyon ton su buxarlanır, eyni müddət ərzində Niaqara şəlaləsindən 15800 ton su axır.
"McDonalds” şəbəkələrində 5 saniyə ərzində 375 qamburqer satılır, bu müddətdə 35 min "Coca-cola” şirkətinə məxsus olan məhsullardan istifadə olunur.
Hər 5 saniyədə "Nike” şirkəti 3 min dollar qazanır.
Hər 5 saniyə ərzində Amerika Birləşmiş Ştatlarında 4 ton yararlı qida məhsulu israfçılıq nəticəsində zibilliyə atılır. Amerikalılar bu kiçik müddət ərzində 2750 ədəd xot-doq yeyirlər. Həmçinin 5 saniyə ərzində Amerika sakinləri 7500 şüşə su istifadə edirlər.
Hər 5 saniyə ərzində iki ədəd "Barbi” kuklası satılır.
Bill Qeyts hər 5 saniyə ərzində 1250 dollar qazanır.
Nəhayət, hər beş saniyə ötdükcə geri qaytarılmağı mümkün olmayan ömrümüz qısalır.
İki cüt bir tək saniyədə baş verənləri nəzərə alıb vaxtın qədrini bilmək lazımdır. /modern.az/