adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

TAMAŞA DüNYA

21783 | 2007-08-18 02:41
İngilis yazıçısı Qrem Qrin "Doktor Fişer və ya bomba üzərində şam yeməyi" adlı romanında həddən artıq varlanmış adamı təqdim edir. Çoxdan oxuduğum bu əsərdə təxminən, bəzi uyğunsuzluqlara göz yummaq şərtilə belə bir vəziyyət təsvir olunur. Pul, var-dövlət həmin şəxsin başına yağış kimi tökülür. Nəhayət, o qədər varlanır ki, bu həyatda özünə məşğuliyyət və əyləncə tapa bilmir. Nə etməli, nə ilə məşğul olmalı? Bir xeyli düşünüb-axtarandan sonra belə bir oyun oynamaq qərarına gəlir. Doqquz nəfər səviyyəcə, yəni var-dövlət baxımından özündən aşağı olan adamı evinə qonaq çağırır. Süfrəyə on ədəd örtülü boşqabda yemək gətizdirir. Protestantlarda olduğu kimi həmişə süfrəyə əl uzatmazdan əvvəl dua oxunur. Duadan sonra fantastik dərəcədə varlı ev yiyəsi ayağa durub qonaqlarına müraciət edir: Cənablar və xanımlar! Bizim qarşımıza qoyulan bu boşqablardan birinə mənim bütün varidatım köçürülmüş çek qoyulub. Bizim qarşımıza qoyulan boşqablardan daha birində isə başqa, ölüm çeki gizlədilib. Bəxtinə ölüm çeki düşəcək insan həyətdə uzaq və boş bir yerdə qoyulan bombanın üzərinə çıxacaq və canını tapşıracaq. On nəfərdən ikisinin aqibəti bu gecə məlum olmalıdır. Amma hələ kimin bu otaqdan İngiltərənin ən varlı adamı kimi çıxacağı və kimin bomba üzərində göylərə çəkiləcəyi heç kimə məlum deyil. Elə mənim özüm də bundan xəbərsizəm. Ona görə də stola hamınızdan sonra yaxınlaşacağam. Yalnız boşqabdakı təamı axıra qədər yeyəndən sonra bunu biləcəyik. İndi isə buyurun, nuş eləyin!
   
   Bax, bu gün hamımız belə bir süfrə arxasında oturmuşuq. Ya varlanmaq, ya da ölüm! Ölüm də olmasa, ondan daha pisi, yəni ehtiyac, başqalarına möhtac içində çırpınmaq! Burda belə bir sual yarana bilər. Məgər on illərlə həsəd apardığımız kapitalizm, bazar iqtisadiyyatının şərti belədir? Sizə elə gəlmir ki, yuxarıdakı səhnə kapitalizmin romantikləşdirilmiş təsviridir? Sizə elə gəlmir ki, gerçəkdə kapitalist barmağının çərtilib qanamasını belə bəşəri faciə kimi qəbul edir? "Necə, mənim bu qədər varım, gücüm, qüvvəm ola-ola barmağım qanayır?" Əlbəttə, belədir. Əvvəla, heç bir kapitalist varından, gəlirindən doymaz, nə qədər çox gəlsə, bir o qədər "azdır"-deyər və yeni tədbirlər həyata keçirər ki, daha çox olsun, daha böyük gücə və güclü hakimiyyətə malik olsun. Amma kapitalistdən asılı olmayaraq kapitalın özünün tamaşa çıxarmaq xüsusiyyəti var. Pul çox gəldikcə harasa yatırılmalıdır. Tamaşa da elə burdan başlayır. Bu tamaşa söküntü də ola bilər, tikinti də, müharibə də ola bilər, pasifist hərəkat da, reklam kampaniyaları da ola bilər və realiti-şoular da (bizim yada saldığımız romanda olduğu kimi), inkişaf da ola bilər, inkişaf haqqında sonsuz demaqogiya da, inqilab da ola bilər, dəyənəkli polis rejimi də.
   
   Məgər başqa cür ola bilməz? Burda fikirlər haçalanır, bəziləri deyir yox, bu dünyanın alın yazısıdır, mövcudluq formasıdır, bəziləri isə deyir buna son qoymaq üçün kommunizmin bir ölkədə iflasa uğramasına əhəmiyyət vermədən yenə kapitalizmə qarşı mübarizə aparmaq yolunu tutmaq lazımdır. Amma fikirlərin haçalanmasına baxmayaraq, hər iki tərəf bir məsələdə eyni mövqedə durur. Kapital və tamaşa (geniş mənada əlbəttə!) yanaşı dayanıb və biri digərindən asılıdır. Hətta

TƏQVİM / ARXİV