adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 Avqust 2014 15:44
6433
GÜNDƏM
A- A+

Şəhidlərin təhqir olunması ilə bağlı cinayət işi açıldı

Avqustun 21-dən 22-nə keçən gecə paytaxtın Şəhidlər xiyabanında qəbirlər üzərində təhqiredici hərəkətlərin edilməsi faktı ilə bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi başlanıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, cinayət işi üzrə istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq idarəsinə tapşırılıb.

 

Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.