adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Avqust 2014 15:34
10805
SAĞLAMLIQ
A- A+

Şəkərli diabet xəstələrinin statistikası

Azərbaycanda olan şəkərli diabet xəstələrinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ötən il müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 177474 nəfər olub. Onlardan 26398-i insulindən asılı şəkərli diabet xəstələri, 150548-i isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir. Əhalinin hər 100 000 nəfərinə - cəmi 1 896,7 nəfər şəkərli diabet xəstəsi düşür.

2013-cü ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı isə 24182 nəfər təşkil edib. Onlardan 3510-u insulindən asılı, 20426-sı isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir.