adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
22 Avqust 2014 14:41
23700
ƏDƏBİYYAT
A- A+

Fövqəltəbii insanlar


Hər zaman daşqınlar, zəlzələlər, yanğınlar, intihar hadisələri zamanı zərər çəkən şəxslərin köməyinə çatan insanlara rəğbət bəsləmişəm.Həmişə düşünmüşəm ki, öz həyatlarını riskə ataraq başqalarının həyatını xilas edən bu insanlar nağıllarda deyilən sehirli gücə malik insanlardır. Bu insanlar mənim daima diqqətimi çəkib və məndə onlar kimi çətinlikdə olan insanların köməyinə çatmağı, onlara dəstək olmağı arzulamışam. Atalar gözəl deyib:”Niyyətin hara, mənzilin ora”.Tale elə gətirdiki, təhsil aldığım Xəzər Universitetində psixologiya fakültəsinin tələbələrinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində təcrübə keçməsi üçün müsabiqə elan olunduğunu öyrəndim. Qrup yoldaşlarımla birgə sənədlərimizi yazdığımız esselərləbirlikdə FHN-ə göndərdik.Əlbəttə, bu işdə bizə Universitetimizin əməkdaşlarıda yardımçı oldular. Nəhayət istəyimizə çatdıq. Biz FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətində təcrübə keçmək üçün seçilmişdik. Xoş bir həyacan hiss ilə Xüsusi Riskli Xilasetmə Xidmətinə yola düşdük. Eyni zamanda biz narahatdıq, çünki adından artıq anlamışdıq ki, biz təcrübəmizi hərbi intizam şəraitində, fərqli insanlar arasında, fərqli şəraitdə keçəcəyik. Təcrübə rəhbəri bizə bildirdi ki, öncə bizi Xüsusi Riskli Xilasetmə Xidmətinin Qərargah rəisinin I müavini, general-mayor M.Həsənov cənabları qəbul edəcək. Narahatlıq hissimiz biraz da artdı.M.Həsənov cənabları bizi səmimiyyətlə qarşıladı. İlk anlarda Generalın hərbi intizamı, Azərbaycan gəncliyinə qayğısı, səmimi ünsiyyət qurmaq bacarığıbütün narahatlığımıza son qoydu.Söhbət əsnasında cənab General bildirdiki, Ulu Öndərimiz Heydər Əliyev cənablarının bizə əmanət etdiyi Azərbaycanımızın gələcək mütəxəssislərinin yüksək səviyyədə təcrübə keçməsi üçün heyət əlindən gələni əsirgəməyəcəkdir. Sevindik ki,Azərbaycanımızı, xalqımızı sevən insanlar çoxdur. Fəxrlə çiynində yüksək rütbə daşıyan Vətən oğlunun Azərbaycan sevgisi, eyni zamanda yüksək hərbi intizamı bizim məsuliyyətimizi daha da artırdı, öyrənmək üçün bizə əlavəmotivasiya verdi.Söhbətimiz zamanı M.Həsənov cənablarının torpaqlarımız uğrunda döyüşdüyünü öyrəndim.Həmin vaxt atamın mənə I Qarabağ müharibəsində döyüşdüyü vaxt keçirdiyi hislərdən, gördüyü çətinliklərdən amma bütün bunlara baxmayaraq Vətən uğrunda necə fəxrlə döyüşdüklərini söylədiyini xatırladım. Anladım ki, hər zaman canını Vətən yolunda verməyə hazır olan Azərbaycan oğulları çoxdur.Cənab General bizə bildirdi ki, FHN Vətənini, vətəndaşını sevən, hər an Vətən üçün, vətəndaşı üçün həyatını qurban verməyə hazır olan insanların işlədiyi bir dövlət orqanıdır.Generalın qəbulundan çıxarkən dahi ingilis dramaturqu U.Şekspirin insan haqqında dediyi bu aforizm: ”İnsan! Təbiətin möcüzəsi, xeyirxah düşüncəli, sonsuz qabiliyyətli,heyrətamiz davranışlı İnsan! Davranışı ilə mələklərə,kamalı ilə Allaha bənzəyən İnsan!” yadıma düşdü vəcənab Generalın simasında özünü doğrultduğunu gördüm.


Sonra bizüç ay boyunca təcrübə keçməyimiz üçün bizə yardımçı olacaq şəxslərlə tanış olduq. Tibb şöbəsinin rəisinin baş köməkçisi kapitan F.Ağalarova,Psixoloji təminat işinin təşkili bölməsinin baş məsləhətçisi S.Məmmədova və həmin şöbənin köməkçisi baş leytenant R.Cavadzadə bizi xoş bir münasibətlə, həm də təəccüb hissi ilə qarşıladılar.Belə bir ağır, stresli iş rejimi olan qurumda könüllü olaraq təcrübə keçmək istəyən tələbələri görməyin sevinci üzlərindən oxunurdu.

Sonralar bu şəxslər nümunə götürəcəyimiz insanlardan oldu. Əsl Azərbaycan xanımına məxsus xarakterə, hərbçiyə məxsus dəmir intizama malik,geydiyi formanın məsuliyyətini qürur hissi ilə daşıyan Fərəh xanım, öz işinin professionalı olan, ömrünü vətəndaşların psixoloji sağlamlığına həsr etmiş, psixoloq mülayimliyinə malik sadə və gözəl Sona xanım,yüksək etik davranışvə zabit ciddiliyi ilə gəncliyimizə nümunə olan baş leytenant R.Cavadzadə təcrübə zamanı əllərindən gələn köməyi bizdən əsirgəmədilər.

Bu qurumda təcrübə keçdikcə bu cəsur insaların həmkarlarına,Azərbaycan gəncliyinə, eyni zamanda hər bir vətəndaşına hörmətlə yanaşdıqlarını, xilasetmə əməliyyatları zamanı öz işlərinə necə yüksək məsuliyyətlə yanaşdıqlarını gördüm.

Ünsiyyətdə olduğum hər kəs FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti rəisi general-mayor Cahangir Rza oğlu Qulamov cənabları haqqında ürək dolusu danışdılar. Onun sadə, səmimi, qayğıkeş bir insan, dəmir intizamlı bir hərbçi, qanunun aliliyini yüksək tutan bir məmur olduğunu dedilər. Sonda mən belə nəticəyə gəldim ki, FHN-nin mükəmməl bir qurum kimi formalaşması və uğurlu fəaliyyəti quruma səriştəli, peşəkar rəhbərliyin və düzgün kadr seçiminin nəticəsidir.

Biz Xüsusi Riskli Xilasetmə Xidmətinin postlarına baş çəkir, orda müxtəlif psixoloji mövzularda seminarlar keçirir,xilasedicilərlə birbaşa ünsiyyətdə olur,onların həyata keçirdikləri xilasetmə əməliyyatları ilə yaxından tanış olurduq.Müxtəlif psixoloji testlər, qrup terapiyaları keçirməklə özümüz öyrənməklə bərabərxilasedicilərin işləri ilə bağlı yaranan streslərini,psixoloji problemlərini aradan qaldırmağa, az da olsa xilasedicilərəyardımçı olmağa çalışdıq.Biz çalışdıq ki,tədris zamanı öyrəndiyimiz nəzəri bilikləri tətbiq edərək, praktiki biliklərimizi artıraq. Bu biliklər bizə yaxşı mütəxəssis olmaq üçün, Azərbaycan xalqının psixoloji sağlamlığının keşiyində durmaq üçün çox vacibdir. İnanıram ki, biz doğma Universitetimizin adını doğruldacaq, Azərbaycanlı imzasını dünya elm tarixinin səhifələrinə qürurla yazacayıq.

Bu qurumun kollektivinin işi riskli, psixoloji cəhətdən gərgin olmasına baxmayaraq hamı mülayim, təvazökar davranır, hər bir kəs gələcəyə inamla baxmaq, ali Vətən sevgisi və Azərbaycan vətəndaşına məxsus məğrurluq kimi yüksək keyfiyyətlərə malikdir. Onlar hər an, hər bir təhlükəni cəsarətlə aradan qaldırmağa hazırdırlar və bu qəhrəmanlarhər bir Azərbaycan vətəndaşına örnəkdirlər.

Sanki dahi şairimiz M.Araz bu misraları mənim təcrübə zamanı tanıdığım bu fövqəltəbii insanlar üçün yazıb:

"Vətən mənə oğul desə nə dərdim,

Mamır olub qayasında bitərdim”

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müasir dövrün tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə gəlib çatması cənab nazir Kəmaləddin Heydərovun diqqəti, qayğısı və tələbkarlığının nəticəsidir. Mən öz adımdan və qrup yoldaşlarım adındannazirKəmaləddin Heydərov cənabları başda olmaqla bütün kollektivə öz təşəkkürümü bildirirəm.

Xəzər Universiteti Psixologiya fakültəsi məzunu Aysel Sərkarlı