adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 Avqust 2014 17:53
9991
ƏDƏBİYYAT
A- A+

Əlvida 50, salam 51

Rəşad Məcidin 50 yaşı tamam olur.


Rəşad Məcidin kitablarının biri «Əlvida və salam» adlanır.

Rəşad Məcid bu gün 50 yaşına əlvida deyir, 51 yaşını, ömrünün bütün gələcək onilliklərini salamlayır.

Rəşad Məcidin on il bundan qabaq, təbii ki, 40 yaşı vardı. Ona Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibi olmağı təklif etdim. Katiblərimiz də onun namizədliyini dəstəklədilər və 2004-cü ildə XI Qurultayımızda Rəşad Məcid yekdilliklə təşkilatımızın katibi seçildi.

O gündən keçən on ildə seçimimizdə yanılmadığımız təsdiq olundu və bu il 12-ci Qurultayımızda Rəşad yenidən bu vəzifəyə seçildi.

Rəşad Məcidi yazılarından tanıyırdım. «525-ci qəzet» kimi ucuz dedi-qodulardan, qərəzçilikdən uzaq, mötədil, obyektiv və səviyyəli mətbuat orqanını yaratmış və çətin şəraitdə yaşatmışdı.

Rəşad Yazıçılar Birliyində ilk günlərdən istedadlı gənclərlə dil tapa bildi. Gənclərə xoş münasibət «qadan alım, qurban olum» demək, «getmə gözümdən, gedərəm özümdən» prinsipiylə davranmaq deyil. Gənclərə qayğı real hərəkətlərlə həyata keçir. Rəşad Məcidin yaratdığı və rəhbərlik etdiyi Gənc Ədiblər Məktəbi ədəbiyytımıza neçə-neçə istedadlı cavanı gətirdi.

Digər Xəbərlər