adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Avqust 2014 16:32
6107
ƏDƏBİYYAT
A- A+

Günümüzün qəhrəmanı - 50

Sosial şəbəkələrdə tanınmış şəxsləri doğum günü ilə əlaqədar təbrik edənlər çoxdur. Elə sosial şəbəkənin də əsl amalı insanları şad günlərində, əziz günlərində bir-birlərinə yaxınlaşdırmaq deyilmi?! Təsəvvür edin, televiziya ekranlarından, mətbuatdan, kitablardan tanıdığımız insanları birbaşa, şəxsən təbrik etmək imkanı qazanırıq! Bəlkə də bu səbəbdən sosial şəbəkə istifadəçiləri tanınmışların ünvanına sanki ən yaxşı təbrik yazmaq üçün bir-birilə yarışa girirlər.

Bu günlərdə çox doğum günləri oldu, təbriklər sıralandı. Amma bunların içərisində Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid qədər sosial və mətbu gündəmi yaxşı mənada zəbt edənə rast gəlmədik. Əlbəttə bütün bunlar Rəşad Məcidə olan sevgidən, hörmətdən irəli gəlir. Əgər həm fəaliyyəti, həm şəxsiyyəti ilə bu qədər insanın rəğbətini qazana bilibsə, o zaman Rəşad Məcidi bu mənada xoşbəxt hesab etmək olar.

Elə isə bu təbriklər sırasına qoşulub biz də - "Ədalət" qəzetinin kollektivi olaraq çox hörmətli Rəşad müəllimi təbrik edirik. Qazandığı xalq sevgisinin, uğurlarının davamlı olmasını diləyirik.