AVŞARLAR TüRKiYƏYƏ YIğIŞIR

ƏBÜLFƏT MƏDƏTOĞLU
29453 | 2007-08-16 12:01
Yaxın dostlardan eşitdim ki, Azərbaycandan bir neçə nəfər bu günlərdə Türkiyəyə səfər edəcək. Maraq güc gəldi. Nümayəndə heyətinin rəhbəri Aydın Avşarla (Alıyev) əlaqə saxladım. O dedi:
   
   - Biz Türkiyənin Kayseri şəhərinə gedəcəyik. Avqustun 18-19-u burada dünya Avşarlarının simpoizumu keçiriləcək. Həmin tədbirdə mənimlə birlikdə Ənvər Çingizoğlu, eləcə də dövlət televiziyasından Zərnişan Ağayeva və operator Müşviq Qasımov da iştirak edəcəkdir.
   
   Aydın müəllim, simpoizumun keçirilməsində məqsəd nədi?
   
   - Bildiyiniz kimi Avşarlar ən qədim türk tayfalarından biridi. Onun kökü Oğuz xaqanı, Ulduz xanın birinci oğlu Avşarın adı ilə bağlıdır. Və o da bəllidir ki, Avşarlar dünya coğrafiyasında geniş yayılıblar. Onlar Türkiyədə, İranda, Əfqanıstanda, İraqda, Suriyada, Ermənistanda və Azərbaycanda daha çox olublar və təbii ki, bu gün də var. Təbii ki, Ermənistanı çıxmaq şərti ilə. Onu da qeyd edim ki, türk boylarının ən etibarlı və güvənikli boylarından biri olan Avşarlar dövlət quruculuğunda da həmişə yaxından iştirak ediblər. Hələ 11-ci yüzillikdə Xüzüstanda Şumla dövlətini yaradıblar. Bundan başqa, 16-cı əsrdə Şah İsmayıl Xətainin hakimiyyəti zamanı Qızılbaşlarla birlikdə olublar. Tarixdə Nadir Şah Avşarın necə böyük bir imperiya yaratdığı da bəllidir. 16-cı əsrin ortalarında Azərbaycanın hakimlərindən biri Aşur xan Avşar olub. Həmin vaxt Pirallahı yolunun üstündə Əfşaran şəhəri mövcud imiş. Bu söz də Avşarların yurdu, məkanı mənasını verir. Onu da xatırladım ki, Bakıda iki böyük məscidi - Təzəpir Məscidini Nabat xanım Avşar qızı,

TƏQVİM / ARXİV