adalet.az header logo
  • Bakı 19°C
20 Avqust 2014 21:16
13110
TEXNOLOGİYA
A- A+

Mark facebooka görə məhkəməlik oldu

İyirmi min Avropa sakini Facebook sosial şəbəkəsinə qarşı məhkəmə iddiası qaldırıb.

 Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verdiyi məlumata görə, dörd gün ərzində iddia müəllifi avstriyalı Maks Şrems öz ətrafında 20 min həmfikirini toplamağa nail olub. O, ABŞ sosial şəbəkəsini Avropa istifadəçilərinin fərdi məlumatlarının mühafizəsi haqqında qanunları pozmaqda ittiham edir. 

Məhkəmə iddiasında həmçinin qeyd olunur ki, şəbəkə istifadəçiləri gizlicə öyrənir, eləcə də onların internetdə hansı saytlara daxil olmasını izləyir. İddiaçının fikrincə, bu məlumatlar ABŞ Milli Təhlükəsizlik Agentliyinə "PRISM” proqramı çərçivəsində ötürülə bilər.

Qaldırılan iddia "Facebook”dan məhkəmə yolu ilə böyük məbləğdə kompensasiyanın alınması məqsədini güdmür və şirkəti xüsusi xidmət orqanları üçün fərdi məlumatlara çıxış qaydalarına yenidən baxmağa və informasiya mühafizəsi haqqında Avropa qanunlarına uyğun öz siyasətini dəyişməyə sövq etməyə yönəlib. Məhkəmə iddiaçıların xeyrinə qərar çıxarsa, on minlərlə iddiaçının hər biri 500 avro məbləğində kompensasiya alacaq ki, bunun da 20 faizini hüquqi xərclər təşkil edəcək. M.Şremsin özü isə iddianın nəticələrinə əsasən kompensasiya almayacaq.

Həmçinin məhkəmə iddialarını qanuni hesab etsə, "Facebook” onlara ümumilikdə 1,25 milyon avro ödəməli olacaq. Digər tərəfdən, sosial şəbəkə hüquqşünasları Avropada istifadəçilərin fərdi məlumatlarının mühafizəsi ilə bağlı məsələni yoluna qoymalıdırlar, - deyə "Hi-Tech News” yazır.