adalet.az header logo
  • Bakı 11°C
20 Avqust 2014 20:47
5392
SİYASƏT
A- A+

QHT-lər beynəlxalq fondun qərəzli bəyanatına qarşı

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu "Azərbaycanda tanınmış vətəndaş cəmiyyəti liderlərinin həbsi” barədə yaydığı bəyanat ciddi etiraza səbəb olub. Vətəndaş Cəmiyyətinin bir sıra üzvləri bununla bağlı etiraz bəyanatı qəbul edib. 

"Bələdiyyələrin İnkişafına Yardım” İctimai Birliyinin sədri Niyaməddin Orduxanlının  yaydığı bəyanatda qeyd olunur ki, həmin bəyanatda Leyla Yunus, Arif Yunus Rəsul Cəfərovun həbslərini Azərbaycan hökümətinin represiyası kimi təqdim edilir və bu qınalınır: "Biz bir birlik olaraq bəyan edirik ki, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun yaydığı bu bəyanat birbaşa Azərbaycan qanunlarına olan hörmətsizlikdir və bu siyasi xarakter daşıyır. Hal-hazırda adı çəkilən şəxslərin istintaqı gedir və bunlara qarşı olan ittihamlar vətənə xəyanət və vergidən güllü miqdara yayınma maddələridir. İstintaqın getidiyi bir dövrdə belə bir bəyanatla çıxış etmək istintaqa təzyiq xarakteri daşıyır. Bütün bunlara qəti şəkildə etiraz edirik və VCF tərəfindən müdafiə olunmasını dair etiraz məktubunu qurumun Katibliyinə göndərilməsini məqsədəmüvafiq hesab edirik. Birliyin bəyanatını nəzərdən keçirməyi xahiş edirik”.

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucovun yaydığı bəyanatda təşkilatın qəzətli mövqe tutması pislənilir: "1918-ci ildə Şərqdə ilk demokratik cümhuriyyətin varisi elan edən müstəqil Azərbaycan Respublikası hüquqi dövlət prinsiplərinə sadiqliyini həmişə nümayiş etdirmişdir. Təəssüflər olsun ki, ölkəmizin inkişafını istəməyən, Azərbaycanın regionda əsas söz sahibi olaraq böyük və barışılması zəruri olan gücə çevrilməsindən narahat olan bəzi beynəlxalq təşkilatlar ölkəmizin imicinə kölgə salmaqla qısqanc münasibətlərini bu formada ifadə edirlər. Azərbaycan iyirmi illik müstəqilliyi dövründə insan hüquq və azadlıqlarının qorunması, demokratik dəyərlərin bərqərar olunmasında sıcrayışlı bir yol keçə bilmişdir. Və qanunların hamı üçün bərabər olduğu hüquqi bir dövlət qura bilmişdir. Biz birmənalı olaraq ölkəmizdə hansısa bir vətəndaş cəmiyyəti liderinin həbsini siyasi sifariş hesab etməyin əleyhinəyik. Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində kifayət qədər uğurlar var və zaman-zaman bu sahədə hüquqi islahatlar həyata keçirilir. Həbs olunan vətəndaş cəmiyyəti nümayəndələrinin əməlində konkret cinayət tərkibinin olması səbəbindən saxlanılmaları hüquq mühafizə orqanları tərəfindən bəyan edilmiş və qanunun tələbi ilə məsələlərə aydınlıq gətirilmişdir. Bir neçə şəxs barəsində isə istintaq hərəkətləri davam etdirilir. Sual olunur: əgər hər hansı Avropa dövlətində şəxs və ya şəxslər tərəfindən və ya hansısa qeyri-hökumət təşkilatı tərəfindən qanunun tələbi pozulursa o zaman hansı addımlar atılır? Qanun qarşısında istisnalar mümkün deyil və hər kəs konkret əməlinə görə məsuliyyət daşımalıdır. Əminik ki, 6 avqust 2014-cü il tarixində Şərq Tərəfdaşlığı Vətəndaş Forumu tərəfindən "Azərbaycanda tanınmış vətəndaş cəmiyyəti liderlərinin həbsi” barədə bəyənatıza iradımızı qəbul edəcəksiz”.