adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Avqust 2014 19:41
4974
İDMAN
A- A+

Paralimpiyaçı atletimiz Avropa çempionu oldu

Böyük Britaniyanın Svansea şəhərində keçirilən Atletika üzrə Avropa çempionatında Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançımız Oloxan Musayev bu gün F56 kateqoriyasında disk atma növündə 41.63m nəticə göstərərək qızıl medal qazanmışdır. 
   Qeyd edək ki, yarışda Milli komandamızın 5 üzvü iştirak edir. Yarışa qatılmış üç idmançılarımızdan Oloxan Musayev qızıl, Allahverdi Allahverdiyev gümüş, Solmaz Səfərova isə bürünc medal qazanmışlar.