adalet.az header logo
  • Bakı 18°C
20 Avqust 2014 18:14
4138
HADİSƏ
A- A+

Bakıda sərnişin avtobusu aşdı - yaralılar var

Yaralılar xəstəxanaya çatdırılıb

Bakıda daha bir avtobus qəzası baş verib. Paytaxtın Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində qeydə alınıb. 195 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu yük avtomobili ilə toqquşub və aşıb. Nəticədə 10-dan çox sərnişin xəsarət alıb.

Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından  bildirilib ki, qəza nəticəsində 15 nəfər yaralı Klinik Tibbi Mərkəzə aparılıb.