adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Avqust 2014 17:28
8276
MƏMLƏKƏT
A- A+

Meyvə-tərəvəz ixracı artıb

Yanvar-iyul ayları ərzində Azərbaycandan 135 mln. 808 min dollar həcmində meyvə-tərəvəz ixrac olunub. Dövlət Gömrük Komitəsinin saytında yer alan xəbərə görə, bu da ixracın illik 37 faizədək artması deməkdir.

Meyvə-tərəvəzin cəmi ixracda payı isə cəmi 1,03 faiz təşkil edib. Həmçinin bu müddətdə ölkəyə xaricdən 15 mln. 958 min dollar həcmində meyvə-tərəvəz idxal olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 17 faizədək azdır.

Qeyd edək ki, yanvar-iyul ayları ərzində Azərbaycan 137 ölkə ilə 18 mlrd. 133 mln. 507,99 min dollar həcmində ticarət əməliyyatı aparıb.

Ticarət əməliyyatlarının 4 mlrd. 884 mln. 455,66 min dollarını Azərbaycana idxal, 13 mlrd. 249 mln. 52,33 min dollarını isə ölkədən ixrac təşkil edib. Beləliklə də ticarət dövriyyəsində 8 mlrd. 354 mln. 596,67 min dollar müsbət saldo yaranıb.

İlk yeddi ayda ölkədən 1 732 çeşiddə mal ixrac olunub, 5 min 436 çeşiddə isə mal idxalı həyata keçirilib.