adalet.az header logo
  • Bakı 16°C
20 Avqust 2014 16:35
5400
SİYASƏT
A- A+

“Qəhrəman qadın” kimi qələmə verilən Leyla Yunusun əməlləri ifşa olunmalıdır”

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu "Azərbaycanda tanınmış vətəndaş cəmiyyəti liderlərinin həbsi” barədə bəyanat yayıb. "Tərəqqi” Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyi yayılan bəyanata etiraz edib. Birliyin sədri İndira Şəmsivari qeyd edib ki, son illər Azərbaycanın uğuru dünya ölkələri tərəfindən bir mənalı qarşılanmır. Bu baxımdan ölkəmizə qarşı daim qərəzli mövqe nümayiş olunur. 

Vətəndaş Cəmiyyətinin liderlərinin həbsində Leyla Yunusun adının xüsusi olaraq qabardılması heç cürə başa düşülən deyil: "Leyla Yunus daim anti-Azərbaycan siyasəti həyata keçirib. Onun ölkə rəhbərliyində təmsil olunduğu zamandan bu yana etdiyi hərəkətlər, həyata keçirdiyi siyasət hər zaman xarici donorların, xarici havadarların maraqlarına xidmət edib və bu insanların fəallaşması məhz ölkəmizdə keçirilən seçkilər öncəsinə təsadüf edib. Bu aktivlik də ölkə daxilində asayiş pozunlmasına gətirib çıxarırdı”.

İ.Şəmsivari beynəlxalq təşkilatın "qəhrəman qadın” obrazı yaradılan Leyla Yunusun Azərbaycan polisini təhqir etməsini, Azərbaycan hüquqları çərçivəsindən kənara çıxaraq dövlət məmurlarına qarşı qeyri-etik hərəkətlər etməsini nəzərə alınmasını məqsədə uyğun sayır.

Birlik sədri hesab edir ki, L.Yunusun bu əməlləri ilə bağlı beynəlxalq təşkilatlara ətraflı və geniş məlumatlar göndərilməlidir. Onlar bu istiqamətdə ciddi maarifləndirilməlidirlər.