adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Avqust 2014 16:07
6893
ƏDƏBİYYAT
A- A+

Şeyx haqqında yeni kitab

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə haqqında daha bir kitab işıq üzü görüb. QMİ-dən Adalet.az-a verilən məlumata görə, Azərbaycandakı Nobel İnformasiya Mərkəzinin nəşr etdirdiyi kitab "Şeyxülislam Allahşükür Paşazadə görkəmli din xadimi, sülhməramlı elçi” adlanır. Dörd bölmədən ibarət kitab Şeyxülislam Allahşükür Paşazadənin 65 və Bütün Qafqazın 12-ci Şeyxülislamı kimi fəaliyyətinin 35 illiyinə həsr edilib. "Elm və təhsil” nəşriyyatında çap olunan kitabda Şeyxülislamın həyat və fəaliyyətinin əsas məqamları, görkəmli dövlət və elm xadimlərinin fikirləri, müəllifi olduğu, haqqında yazılmış əsərlər öz əksini tapıb. Üç dildə - Azərbaycan, rus və ingilis dillərində təqdim olunan əsər QMİ sədrinin həyat və fəaliyyəti ilə maraqlanan mütəxəssislər, tədqiqatçı alimlər, din xadimləri, ilahiyyatçılar, tələbələr, həmçinin geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.