adalet.az header logo
  • Bakı 20°C
20 Avqust 2014 15:13
3696
MƏMLƏKƏT
A- A+

Valideyn himayəsindən məhrum uşaqların sayı azalıb

Son illər valideyn himayəsindən məhrum olmuş uşaqların sayında azalma müşahidə olunur.

Adalet.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.


Onun sözlərinə görə 2001-ci ildə valideyn himayəsindən məhrum olan uşaqların sayı 2484 nəfər, 2006-cı ildə 2441 nəfər, 2012-ci ildə 976 nəfər, 2013-cü ildə 757 nəfər olub: "Bu il isə bu rəqəm 685-dir. Göründüyü kimi, azalma müşahidə olunur. Ancaq azalma olsa da, biz bu sayın baş vermə səbəblərini araşdırırıq. Çünki bu cür uşaqların tərk edilmə səbəbləri müxtəlif olur. Bəziləri fiziki qüsurlu olduğu, bəziləri qeyr-rəsmi nikahdan doğulduğu, bəziləri isə valideynlərinin boşanmasından sonra tərk edilir”.

E.Səfərov deyib ki, araşdırmalar nəticəsində məlum olub ki, bu kimi hallar daha çox qeyr-rəsmi nikahdan baş verir: "Hazırda buna görə qanun layihəsi hazırlanır. Həmçinin bununla bağlı 3-4 qanunda dəyişiklik olacağı planlaşdırılır. Çalışacağıq ki, uşağa qarşı məsuliyyətsizlik edən valideynlərə 20 manatdan 40 manatadək olan cəriməni artıraq”.

Komitə rəsmisi əlavə edib ki, onlar regionlarda tək analarla əməkdaşlıq edirlər: "Belə ki, onların uşaqları üçün pulsuz uşaq bağçaları təşkil edirik. Həmçinin kasıb ailələri 200-300 manatlıq əmək haqqı civarında işlə təmin edirik. Gələcəkdə bununla bağlı nəzarəti daha da gücləndirməyi düşünürük”.