adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Avqust 2014 14:34
15399
MƏMLƏKƏT
A- A+

Müşfiq Əmirov nazirin müşaviri təyin olundu

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müşavir təyinatı olub. Nazir Əli Abbasovun əmri ilə qurumun mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov nazirin müşaviri təyin edilib.

Nazirliyin informasiya-təbliğat işi, ictimaiyyətlə əlaqələr, multimedia mərkəzi və internet resurslarına ümumi rəhbərlik nazirin müşavirinin səlahiyyətlərinə aiddir.

M. Əmirov faktı təsdiqləyib və göstərilən etimada görə təşəkkürünü bildirib.