adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Avqust 2014 12:38
4322
GÜNDƏM
A- A+

Penitensiar Xidmətdən Leyla Yunusun ac qalmasına - Reaksiya

Penitensiar Xidmətdən Leyla Yunusun vəkili Əlayif Həsənovun ittihamlarına cavab gəlib.Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirlir ki, Leyla Yunusun saxlanma şəraiti digər təqsirləndirilən şəxslərin saxlanma şəraitindən heç nə ilə fərqlənmir və o, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” AR Qanununda nəzərdə tutulan bütün hüquqlardan istifadə edir.Qeyd edək ki, dünən vəkil Əlayif Həsənov hüquq müdafiəçisi Leyla Yunusun saxlandığı şəraitin çox ağır olduğu ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, Leyla Yunus 6 nəfərlə birgə 12 kvadrat metrlik, nəfəsliyinin yarıyadək açılmasına icazə verilən otaqda saxlanılır. İsti və soyuq su verilməsində problemlər var. Onun saxlandığı kameraya xüsusi bir münasibət var.