adalet.az header logo
  • Bakı 21°C
20 Avqust 2014 12:32
4257
MƏMLƏKƏT
A- A+

Ekspert Əmək Müfəttişliyinin fəaliyyətindən narazıdır

"Əmək Məcəlləsinə görə, temperatur 41 dərəcədən yuxarı olduqda açıq havada iş prosesi dayandırılır”.

Bunu Modern.az-a açıqlamasında "Vətəndaşların əmək hüquqları Liqasının sədri Sahib Məmmədov deyib. Onun sözlərinə görə, isti havalarda sahibkarlar əlavə tədbirlər görməlidir: "Əgər işin dayandırılması mümkün deyilsə, onda işəgötürən əlavə tədbirlər görməlidir. O fasilələr təşkil etməli, işçilərə sərinləşdirici içkilər verməlidir”.

S. Məmmədov Dövlət Əmək Müfəttişliyinin fəaliyyətindən narazıdır: "Müfəttişliyin fəaliyyəti zəifləyib. Yenə əvvəllər bir az nəzarət var idi. Amma keçən il rəhbərlik dəyişəndən sonra Müfəttişlikdən peşəkarların hamısı uzaqlaşdırılıb. Elə tikinti sahələri var ki, ümumiyyətlə ora baş çəkə bilmir, ixtiyarı yoxdur. Amma belə havada da işləmək fəhlələrin sağlamlığına ciddi ziyan vurur”.