adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
20 Avqust 2014 12:30
11185
SİYASƏT
A- A+

“Yalanı da abırlı şəkildə uydura bilmirlər” - Vurğun Əyyub

Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə təşkilat Komitəsinin iclasında qalmaqal yaşandığına dair məlumat yayılıb. Məlumata görə, Müsavat icra aparatının rəhbəri Arif Hacılı, partiyanın Divna üzvü Qubad İbadoğlu əlbəyaxa olub. Məsələyə başqan İsa Qəmbər əl qoyub. Məlumatda o da qeyd olunur ki, Müsavatın digər funksioneri Vurğun Əyyub İsa Qəmbəri sərt tənqid edib. Məsələyə münasibət bildirən Vurğun Əyyub yayılan informasiyanın həqiqətə uyğun olmadığını deyib. Qeyd edib ki, bütün bunlar uydurmadır: "Necə də istedadsızdırlar! Yalanı da abırlı şəkildə uydura bilmirlər!”