adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Avqust 2014 11:56
4347
DÜNYA
A- A+

Abdulla Gül narazılıqlarını dilə gətirdi

 "Vədəmiz yetişdi, böyük bir şərəf və qürurla buradan ayrılırıq. Demokratik rejimlərin ən yaxşı tərəflərindən biri dönəmlərin olmasıdır, vəzifəni yerinə yetirirsən və gedirsən.” Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Abdulla Gül dünən axşam Çankaya köşkündə keçirilən vida ziyafətində deyib.

 

QHT nümayəndələri, iş adamları, sənətçilər, idmançılar və media təmsilçilərinin də qatıldığı mərasimdə Gül bəzi narazılığını da dilə gətirib: "2007-ci ildə prezident olarkən ölkədə bəzi dairələr buna kəskin etiraz etmişdi. Dini radikalizmin güclənəcəyini və dünyəvi dövlətə təhlükə yaranacağını söyləyənlər olmuşdu: "Lakin mən siyasi kimliyə malik bir şəxs olaraq gəlsəm də, Konstitusiyaya uyğun olaraq siyasi mənsubiyyətimi bir kənara qoyub tərəfsiz oldum. İndi prezidentlik müddətim başa çatdıqdan sonra yenidən qurucusu olduğum partiyaya qayıtmağımdan daha təbii bir şey ola bilməz. Lakin bizim cinahdan da mənə qarşı xeyli hörmətsizlik edənlər oldu. Bunların hamısını izlədim”.