adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Avqust 2014 11:32
4417
DÜNYA
A- A+

İŞİD qaradərili amerikalıları müsəlman olmağa səsləyir

ABŞ-ın Missisuri ştatının Ferqyuson şəhərində baş verən kütləvi iğtişaşlardan faydalanan İraq və Şam İslam Dövləti (İŞİD) və tərəfdarları sosial şəbəkələrdən istifadə edərək etirazlara qatılanları İslamı qəbul etməyə və ABŞ-a qarşı vuruşmağa səsləyiblər. Bu barədə "Daily Mail” qəzeti məlumat yayıb.

Qəzet bildirir ki, İraq və Suriyadan olan cihadçılar, o cümlədən onların Qərbdə olan tərəfdarları "Twitter"də Ferqyuson şəhərindəki  etirazçıları müdafiə etdiklərini bildirirlər. Etiraza qalxan qaradərili gənclərə dəstək verənlər onları daha da qızışdırmaq üşün Amerika tarixində baş vermiş bu kimi olayları əks etdirən materialları paylaşırlar.

Qeyd edək ki, artıq 9 gecədir ki, 18 yaşlı qaradərili Maykıl Braunun polis tərəfindən güllələnib öldürülməsinə etiraz olaraq iğtişaşlar davam edir. Şəhərdə komendant saatı tətbiq olunmasına və  oraya hərbi hissələr yeridilməsinə baxmayaraq, vəziyyəti dəyişmək hələ də mümkün olmayıb. Hətta Prezident Barak Obamanın müraciəti də istənilən nəticəni verməyib.