adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Avqust 2014 11:10
2854
MƏMLƏKƏT
A- A+

Bakıda 35 nəfəri gün vurub

Bu il yay başlayandan indiyədək günvurma diaqnozu ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 35 nəfər müraciət edib. Adalet.az xəbər verir ki, bu barədə Trend-ə Stansiyadan məlumat veriblər.

Onun sözlərinə görə, dünən 2 günvruma hadisəsi ilə əlaqədar stansiyaya çağırış olub. Günvurma hadisələrindən ölüm hadisələri qeydə alınmayıb.

Günvurma hadisələrinin baş verməməsi üçün insanlar günün ən isti saatlarında küçəyə çıxmasınlar. Küçəyə çıxan zaman isə özləri ilə çətir və ya gündən qoruyucu papaq və şlyapalar götürsünlər, çoxlu maye qəbul etsinlər.