adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Avqust 2014 11:00
2993
HADİSƏ
A- A+

Cəbhə xəttində gərginlik

Ermənistan hərbi birləşmələri cəbhənin əksər hissələrində mövqelərimizi atəşə tutmağa davam edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Baş Qərvənd, Sarıcalı, Qaraqaşlı, Novruzlu, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.