adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Avqust 2014 10:59
2740
HADİSƏ
A- A+

Ehtiyatsızlıqdan əsgər özünü yaraladı

Azərbaycan Ordusunda silahlı insident olub.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən "N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 1993-cü il təvəllüdlü Təbriz Ələddin oğlu Məmmədli tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  faktı təsdiqləyiblər.

Əsgərin vəziyyəti kafi qiymətləndirilir.