adalet.az header logo
  • Bakı 19°C
20 Avqust 2014 06:13
6931
SİYASƏT
A- A+

Gülər Əhmədova uzun aradan sonra Heydər Əliyevdən sitat gətirdi

"Qurunun oduna yaşın yanması hər zaman olub və olacaq, amma bu, cəmiyyətdə elə bir təlatüm yaradır ki,  mövcud quruluşlar pozulur, formasiyalar dəyişir. Çünki məzlumun ahı heç zaman yerdə qalmır". Bunu keçmiş millət vəkili Gülər Əhmədova KİV-ə müsahibəsində deyib. 

O, sözlərinə ulu öndər Heydər Əliyevin fikirləri ilə davam edib: "Tarixin parlaq şəxsiyyətlərindən biri olan Heydər Əliyev deyirdi ki "günahkar cəzasız qalanda və günahsız cəzalandırılanda dövlət sarsılar”. Bu gün Ermənistan kimi bir dövlətin  böyük sarsıntı və fəlakət içərisində yaşamasının əsas səbəbi odur ki, onun başında əli günahsız körpələrin və qocaların qanına bulaşmış şəxslər durur. Unutmamalıyıq ki,  odlar içərisində yanan Şərq və Qərb məhz  dünyanın  günahkarlara cəza kəsməsinin nəticəsidir".