Ebola Azərbaycanın bir addımlığında
25 yaşlı afrikalı tələbə Məhəmməd Sadik Rusiyaya ölümcül virusu gətirən ilk insan ola bilər.
Anspress-in məlumatına görə, Məhəmməd Sadik Ebolanın tipik simptomları ilə Ufa şəhərinin yoluxucu xəstəxanasına çatdırılıb. Analizləri keçirmək və dəqiq diaqnozu qoymaq üçün həkimlərə vaxt lazım olacaq.
"Yoluxucu xəstəxanada tələbə üç həftə ərzində müşahidə olunacaq. İlkin diaqnoz: mümkün yoluxmadır”, - deyə Ufa səhiyyə departamentinin əməkdaşı bildirib.
Təcili yardıma çağırış Beynəlmiləl küçəsində mənzildən daxil olub. Hadisə yerinə gələn həkimlər Nigeriya vətəndaşında ebola simptomları aşkar ediblər. Təcili olaraq Nigeriya vətəndaşı tibbi məntəqəyə çatdırılıb.
Məhəmməd Başqırdıstanın paytaxtı Ufada ali məktəblərdən birinin magistraturasında oxuyur. Bir müddət əvvəl afrikalı yayda Nigeriyaya öz qohumuna baş çəkməyə gedib, sonra təhsilini davam etdirmək üçün Ufaya qayıdıb.
Qeyd edək ki, hələlik heç bir müalicə üsulu və peyvəndi olmayan Ebola virusu bu günə qədər mindən çox adamın ölümünə səbəb olub. Bu virus sudan və ya havadan deyil, xəstələrin bədən mayeləri yolu ilə yayılır.
Digər Xəbərlər
23 Aprel 2024 20:11
"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi
23 Aprel 2024 19:20Xankəndidə 33 il sonra doğulan körpənin valideynlərinə mənzil ayrıldı
23 Aprel 2024 18:59"Azərbaycan ordusu bir güllə atmadan Tavuşa bu səbəbdən girdi"- Vrtanesyan
23 Aprel 2024 17:31Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişib
23 Aprel 2024 17:04