adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Avqust 2014 05:56
3792
SİYASƏT
A- A+

Əhməd Oruc Əli Kərimlini günahlandırdı

Azadlıq Partiyasının sədri Əhməd Oruc Azərbaycan Xalq Cəbhəsi Partiyasının ünvanına kəskin fikirlər səsləndirib. Qeyd edib ki, rəhbərlik etdiyi partiya müxalifətin son dövrlərdə sərgilədiyi mövqeni qəbul etmir və bu cür dağınıqlığın baiskarı qismində AXCP-ni görür: "Əslində bir vahid mərkəz yaratmaq lazımdır. Özünü demokratik platformada hesab edən bütün siyasi partiyaların, QHT-lərin, gənclər təşkilatlarının, mətbuat nümayəndələrinin, ayrı-ayrı fərdlərin heç kimə məhdudiyyət qoyulmadan orda təmsil olunmasına şərait yaradılmalıdır.  Birləşmiş Hüquq Müdafiə Mərkəzini bu istiqamətdə ilk addım kimi qəbul etmək olar. Təəssüf ki, AXCP  bütün demokratik qüvvələri əhatə edə biləcək birliklərin əleyhinədir. Sanki onlarda bir fobiya var,  geniş formatlardan çəkinirlər. Görünür, onlarda toplumdan qorxma sindromları var".