adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Avqust 2014 05:50
4255
DÜNYA
A- A+

Rusiyada embarqolar nəticəsini göstərdi-Bahalaşma

Qərb ərzaq mallarının idxalına qoyulan embarqodan sonra Rusiyanın bəzi bölgələrində qiymət artımı müşahidə olunur.

ANS PRESS-in məlumatına görə, avqustun 7-də qüvvəyə minən qadağadan sonra donuz əti 6 faiz bahalaşıb, Rusiyanın Kommersant qəzeti bildirir.
Rusiyaya idxal qadağası Qərbin sanksiyalarına cavab addımıdır.

Böyüklüyünə görə Rusiyanın ikinci şəhəri olan Sankt Peterburqda qiymətlər 10 faiz artıb. Bu sanksiyaların təsirindən öncə baş verib.

Şəhərin iqtisadiyyatına cavabdeh rəsmi Anatoli Kotov donuz ətinin 23.5, toyuq ətinin isə 25.8 faiz bahalaşdığını deyir.

Bazar ertəsi Rusiyanın baş naziri idxal qadağası nəticəsində bahalaşma və ərzaq çatışmazlığı yaranacağına inanmadığını deyib.

Dmitri Medvedev bir il müddətinə tətbiq olunan məhdudiyyətlərin uzun sürməyəcəyinə dair ümidlərilə bölüşüb.

Leontief Centre sosial-iqtisadi araşdırmalar mərkəzindən Nina Oding hökumətin qiymətləri "bu və ya digər tərzdə tənzimləməsi üzrə ləng cəhdlərini” tənqid edib.

İqtisadçının sözlərinə görə bu kimi cəhdlər sovetlər dönəmində və 90-cı illərdəki Rusiyada uğursuzluğa düçar olub.

"Biz seçimin məhdudlaşmasına, inhisarçılıq təmayülünün artmasına doğru irəliləyirik, qiymətlər qalxacaq – biz artıq bu prosesin başlanqıcını görürük”, - Nina Oding Rusiyanın RBK saytına bildirib.

Rusiyanın Uzaq Şərqində qiymət artımı daha kəskin şəkildə müşahidə olunur.

Saxalinin kənd təsərrüfatı üzrə rəsmisi Nikolay Borisov pendirin 10, ətin 15 və toyuq budlarının 60 faizədək bahalaşdığını bildirib.

Primorye bölgəsində Çindən idaxl edilən almaya qiymət 26, balığa isə aza qala 40 faizədək artıb.

Geniş ərzaq növlərinə dair tətbiq edilən idxal qadağası alkoqol, uşaq qidası, qəhvə və zeytun yağı kimi bəzi mallara aid edilməyib.