adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Avqust 2014 02:21
7818
DÜNYA
A- A+

Türkiyə Almaniyadan izahat tələb etdi

Almaniya kəşfiyyatının Türkiyə hökümətini dinləməsi ətrafında qalmaqal böyüyür.

Türkiyənin Avropa Birliyi naziri Mövlüd Çavuşoğlu səslənən iddiaları dəhşət adlandırıb: "Dostlar bir-birini can qulağı ilə dinləməlidir, belə telequlaq ilə deyil". 

Türkiyənin Suriya və İraq siyasəti daxil olmaqla, bütün xarici siyasətinin şəffaf olduğunu vurğulayan Çavuşoğlu gizli bir şeylərin olmadığını bildirib: "Amma bir dövlətin digər dövləti, o dövlətin səlahiyyətlilərini dinləməsi doğru bir şey deyil. Hələ dostluğumuza, müttəfiqliyimizə heç yaraşmaz. Amerikanın Almaniyanı dinlədiyi ortaya çıxanda, o zaman Almaniyanın verdiyi reaksiyanı hamımız xatırlayırıq. Almaniya buna ciddi izahat verməlidir". 

Almaniyada kəşfiyyatdan məsul olan Federal Məclisin Parlament Nəzarət Komitəsinin sədr müavini Andre Han dinləmə iddialarını təkzib etməyib. Onun sözlərinə görə, Türkiyə ilə NATO daxilində müttəfiq olsalarda da Almaniya ilə rəsmi Ankara arasında bəzi mövzularda fikir ayrılığı var: "Dediyim bu mövzularda hökümət bəzən Almaniyanın kəşfiyyat orqanı (BND) xidmətlərindən yararlanır". 

Almaniyadan Suriya və İraqa döyüşmək üçün gedənlərin Türkiyə üzərindən getdiyini bildirən millət vəkili BND-nin onları izlədiyini və bu varədə parlamentə məlumat verdiyini bildirib: "Ancaq bu məlumatlarda heç bir yerdə Türkiyənin adına rast gəlməmişəm".

Türkiyə ilə əlaqədar iddiaların ABŞ adına casusluq etdiyi şübhəsiylə saxlanılan BND əməkdaşının sızdırdığı məlumatlara diqqət çəkən Andre Han parlament komirtəsinin bu məsələ ilə bağlı xüsusi iclas çağıracağını deyib: "Sənədlər bizə bu gün çatdı. Komitə üzvləri 218 sənədi nəzərdən keçirəcək". 

Müxalifəti təmsil edən deputat dinləmə qalmaqalında kansler Angela Merkeli günahkar bilib: "Olub bitənlərin siyasi məsuliyyətini daşıyan adam Merkeldir. Türkiyə baxımından belə bir hadisənin yaşanması qəbul edilə bilməz. Xristian Demokrat Birlik Partiyasından olan bəzi millət vəkillərinin Türkiyənin problemli bir ölkə olduğuna dair qəzetlərə verdiyi açıqlamaları başa düşə bilmirəm. Angela Merkel "dostlar arasında casusluq olmaz" demişdi. Türkiyəyə qarşı casusluq fəaliyyəti təsdiqlənərsə, deməli Türkiyə Almaniya üçün dost və müttəfiq ölkə olmadığı ortaya çıxacaq. Merkelin bu qalmaqala münasibət bildirəcəyini gözləyirəm".