adalet.az header logo
  • Bakı 20°C
19 Avqust 2014 22:46
5483
HADİSƏ
A- A+

Bakı-Quba yolunda ağır qəza baş verib

Bakı-Quba yolunda bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı-Quba yolunun 125-ci kilometrliyində, Siyəzən rayonu ərazisində "Mercedes" markalı minik və "Kamaz" markalı yük avtomobilləri  toqquşub. "Mercedes" markalı avtomobilin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Sərnişini isə vətəndaşlar xəstəxanaya çatdırıblar.

Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Sürücünün meyiti deformasiyaya uğramış minik avtomobilindən təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxarılaraq aidiyyətı üzrə təhvil verilib.