adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Avqust 2014 22:06
8352
MƏDƏNİYYƏT
A- A+

Azərbaycan əsilli rejissor Hindistanda film çəkəcək

Əslən azərbaycanlı olan tanınmış İran rejissoru Məcid Məcidi Hindistanda film çəkəcək. İranın Mehr agentliyinin xəbərinə görə film bəşəri dəyərlər haqqında olacaq.

"Mən həmişə Hindistan və İran arasında müəyyən mədəni ümumiliyi nəzərə alıb Hindistanda film çəkmək istəyirdim. Son filmim olan "Məhəmməd"lə bağlı hələlik Münhendə olmalıyam. Hindistanda çəkiləcək dramatik filmin çəkilişlərinə yalnız öz əsərim tam bitdikdən sonra məşğul ola bilərəm”, – deyə M. Məcidi bildirib.

Qeyd edək ki, Azərbaycanda da geniş tanınan M. Məcidi "İlahi rəng”, "Cənnətin uşaqları”, "Ata”, "Söyüdün göz yaşı” və s. filmləri ilə məşhurdur. Rejissor həm də Amerika Kino Akademiyası tərəfindən "Oskar”a namizədliyi irəli sürülən ilk İran rejissorudur.