adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
19 Avqust 2014 21:21
2584
HADİSƏ
A- A+

Suriyada daha bir azərbaycanlı öldürülüb

Suriyada daha bir azərbaycanlı öldürülüb. APA-nın məlumatına görə, öldürülən azərbaycanlı "İslam Dövləti” (İŞİD) silahlı qruplaşması tərkibində vuruşan Masallı rayonu Ərkivan kənd sakini Mustafayev Ramil Davud oğludur.

 O, bir neçə gün əvvəl Zərdab rayon sakini Ramiz Ağasəf oğlu Abdullayevlə birgə öldürülüb.

 

Xatırladaq ki, iki gün əvvəl R. Abdullayevin Suriyada öldürülməsi barədə məlumat yayılmışdı.

 

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə yüzlərlə azərbaycanlı həyatını itirib.

 

Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.