adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Avqust 2014 20:53
2894
MƏMLƏKƏT
A- A+

Avqustun 21-dən havalar sərinləşəcək

Son günlərdə Bakıda və Abşeron yarımadasında müşahidə edilən kəskin isti hava şəraitindən sonra avqustun 21-dən başlayaraq havanın temperaturu enəcək. Avqustun 21 və 22-də Bakıda havanın maksimal temperaturu 35 dərəcə olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, Bakı və Abşeron yarımadasında avqustun 21-dən cənub-şərq küləyi şimal-qərb küləyi ilə əvəz olunacaq. Gündüz saatlarında şimal-qərb küləyi arabir güclənəcək.

Avqustun 22-də də nisbətən sərin hava şəraiti davam edəcək.

Avqustun 21 və 22-də Azərbaycanın bölgələrində də havanın temperaturu ötən günlərlə müqayisədə enəcək və hava nisbətən sərin olacaq.

Bakıda və Abşeron yarımadasında avqustun 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 24-28, gündüz 36-39, yarımadanın bəzi yerlərində 41 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 15-19, 27-32 dərəcə isti olacaq.