adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
19 Avqust 2014 20:29
14237
MƏDƏNİYYƏT
A- A+

Bakıda heykəltəraşlıq üzrə festival-sərgi keçiriləcək

Bakıda avqustun 20-də "Yaşayan tarix” adlı heykəltəraşlıq üzrə festival-sərgi keçiriləcək. Adalet.az Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə istinadən xəbər verir ki, sərgidə 20 gənc heykəltəraşın bir ay ərzində hazırladıqları Azərbaycanın və dünyanın tarixi şəxsiyyətlərinin büstləri nümayiş etdiriləcək.

 

Sərgi İçərişəhərdəki Kiçik Qala küçəsində yerləşən açıq səma altındakı sərgi mərkəzində baş tutacaq.