adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 Avqust 2014 19:53
6105
MƏMLƏKƏT
A- A+

Nazir müavini işdən çıxarılan direktorlarla görüşüb

Təhsil Nazirliyində təhsil nazirinin müavini Firudin Qurbanovla fəaliyyət dövrünün son yaş həddinə çatmış və əmək müqavilələri uzadılmayan ümumi təhsil məktəblərinin direktorları arasında görüş keçirilib. 


Nazirliyin mətbuat xidmətindən veriən xəbərə görə, görüşdə əmək müqaviləsi uzadılmayan 14 direktor iştirak edib. İlk öncə uzun müddət təhsil sisteminə qulluq edən bu şəxslərin xidmətləri vurğulanıb, səmərəli fəaliyyətləri xüsusi olaraq qeyd edilib.

 Təcrübəli pedaqoqlarla Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında gələcəkdə əməkdaşlıq məsələləri müzakirə edilib. Təhsil ictimaiyyəti arasında yüksək nüfuza malik bəzi direktorların bu yaxınlarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tərkibində ictimai əsaslarla fəaliyyət göstərəcək Ağsaqqallar Şurasına üzv seçilə bilməsi məsələsi də müzakirə mövzuları arasında yer alıb. Hər zaman təcrübənin gənc nəslə ötürülməsi və mövcud məsələlərin həllində şəffaflığın təmin edilməsində yüksək ixtisaslı pedaqoqların təkliflərinə, fikirlərinə ehtiyac duyulduğu vurğulanıb.