adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Avqust 2014 19:50
6058
DÜNYA
A- A+

Putin Poroşenko ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin avqustun 26-da Ukrayna prezidenti Petro Poroşenko ilə görüşəcək.  Kremlin mətbuat xidmətinin xəbərinə görə, görüş həmin tarixdə Minskdə Gömrük İttifaqına üzv ölkələrin liderləri ilə keçiriləcək tədbir çərçivəsində baş tutacaq. 


Məlumatlara görə, görüşdə Avropa Komissiyasının nümayəndələri də iştirak edəcək. Avropa Komissiyasından verilən açıqlamaya görə, Minsk tədbirinə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton, ticarət və energetika üzrə komissarlar – Karel de Qüxt və Gütten Ettinger qatılacaqlar. 

Kremlin mətbuat xidməti bildirib ki, Putin ikitərəfli görüşlər də keçirəcək.