adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Avqust 2014 19:25
10359
SİYASƏT
A- A+

AMİP sədri müxalifəti qınadı

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə son günlər həbs olunanlarla bağlı müxalifət partiyalarının keçirdiyi iclaslarda iştirak etməmələrinin səbəbini açıqlayıb. Qeyd edib ki, həbs olunan hər bir şəxsi siyasi məhbus kimi göstərmək doğru deyil. Buna görə də AMİP bu məsələlərdən kənardadır: "Biz siyasi həyatda varıq, amma hər şeyi də siyasiləşdirmək doğru deyil. Mənim həyatımın bir hissəsi siyasidir. Mən daha çox vətəndaşam. Mən də hər hansı bir hadisə törədə bilərəm, ancaq partiya mənsubiyyətimə görə siyasi məhbus hesab olunmamalıyam”.

Y.Bağırzadə onu da qeyd edib ki, onlar hər iclasa qatıla bilməzlər: "Biz kiminsə qarşısında öhdəlik götürməmişik ki, hər iclasda iştirak etməliyik. İclaslar olan günü məlumat vermişdim ki, yas yerindəyəm, şəhərdən kənardayam. Bundan başqa, həbslərlə bağlı məhkəmənin qərarı olmalıdır, onların vəkilləri var. Bu məsələ ilə onlar məşğul olmalıdırlar”.