adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
19 Avqust 2014 17:50
11199
GÜNDƏM
A- A+

Əli Abbasov “Huawei” şirkətinin təmsilçisi ilə görüşüb

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov qlobal informasiya və kommunikasiya texnologiyaları (İKT) həlləri üzrə aparıcı servis provayderi olan "Huawei” şirkətinin Azərbaycan ofisinə yeni təyin olunmuş rəhbəri Liu Jianvei ilə görüşüb. 

Adalet.az-ın nazirliyin mətbuat xidmətindən aldığı xəbərə görə, görüşdə nazir Əli Abbasov Azərbaycanın ümumi iqtisadi nailiyyətləri, o cümlədən də respublikada informasiya texnologiyaları sahəsində aparılan islahatlar, perspektivlər barədə qonaqları məlumatlandırıb. Xüsusilə həyata keçirilən yerli və regional layihələr - "Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM), "EuraCA” (Eurasian Connectivity Alliance), fiber-optik kabel şəbəkəsi üzərindən ölkənin hər bir yaşayış məntəqəsində əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutan "Milli genişzolaqlı internetin inkişafı”ndan söz açan nazir "Huawei”in də gələcəkdə bu kimi layihələrdə iştirak edə biləcəyini vurğulayıb.