adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 Avqust 2014 17:34
5816
GÜNDƏM
A- A+

NATO hərbçilərimizə təlim keçir - Foto

Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssum şəhərindəki (Niderland Krallığı) Birləşmiş Komandanlığının mobil təlim qrupu tərəfindən "Əldə hazırlanan partlayıcı qurğularla mübarizə" mövzusunda təlimə başlanıb.

Adalet.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mühəndis xidmətinin bir qrup zabiti üçgünlük təlim kursuna cəlb olunub. Təlimin ilk günü hərbi tərəfdaşlıq və digər mövzuların təqdimatı ilə yadda qalıb.

Keçirilən kursda mühəndis xidmətinə cavabdeh zabitlər hərbi biliklərini təkmilləşdirəcəklər. Təlim zamanı "Əldə hazırlanan partlayıcı qurğuların törətdiyi fəsadlar və bu qurğulara qarşı müdafiə sistemlərinin təhlili" və digər mövzular üzrə seminarlar keçiriləcək.