adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 Avqust 2014 16:49
12033
ƏDƏBİYYAT
A- A+

Yüzü yarılayan Rəşad Məcidin Özü, Sözü və... Düzü









 





Sevinc MÜRVƏTQIZI

Arzularla, ümidlərlə qolboyun olub yola çıxanda, adətən, bomboz tərəddüdlər, tutqun gümanlar rahatlıq vermir adama. Ş
əkk-şübhə yaxandan düşmür, ətəyini buraxmır. Nə qədər özünə güvənsən də, arzularına pərvəriş verəcək, ümidlərini qanadlandıracaq KİMSƏlərə ehtiyac duyursan. Tapdınsa, rast gəldinsə, deməli, taleyin gətirib, bəxtin yavər gedib. Ancaq təkcə taleyə minnətdar, bəxtə borclu olmaqla iş bitməz. Həmin o KİMSƏlərin də haqqını danmamaq, əməyini, dəstəyini etiraf etmək gərəkdir. Belə etiraflar həm də bir vəfa borcudur. Şəxsən məndən bu «borc»u istəyən, ümumiyyətlə, belə bir «borc»un olduğunu xatırladan da yoxdur, amma mən ki çox şeyi yaxşı xatırlayıram

* * *

Rəşad Məcidlə ilk tanışlığımız Yazıçılar Birliyində olub. Şeirlərimi oxuduqdan sonra mənə «525-ci qəzet»də işləməyi təklif etdi. Bu, jurnalist olmaq üçün doğulduğunu düşünən birinə yaradılmış ilk təmənnasız imkan idi. Və bu imkanla, 2006-cı ildən üzübəri, ölkə mətbuatının brendlərindən sayılan və artıq ikinci evimə çevrilmiş «525-ci qəzet» vasitəsilə peşəkar jurnalistikaya yolum açıldı. Tək mənə yox, onlarla gəncə yol açmış Rəşad Məcidin bununla bağlı tərif və təqdir dolu yazılara, bəlağətli təşəkkür cümlələrinə ehtiyacı yoxdur, əlbəttə. Amma haqq-sayının unudulmaması, dilə gətirilməsi, yazıya alınması, hər halda, bir yubilyar kimi ona da xoş olar. Olsun...

ÖZÜ

Mən Rəşad Məcidin ÖZÜnu SÖZÜndən əvvəl tanımışam. Bir dəfə «Naşir» jurnalı üçün ondan müsahibə alanda özümü sanki imtahana gəlmiş kimi hiss etdiyimi demişdim. Rəhbərlik etdiyi qəzetdə uzun illərdir çalışdığıma, günaşırı redaksiyada, toplantılarda qarşılaşdığımıza baxmayaraq indinin özündə də hər dəfə bu hissi keçirirəm. Bəlkə həmişə sına(q)vda olduğumu hiss etdiyimdəndi ki, götürdüyüm hə

Digər Xəbərlər