adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Avqust 2014 16:32
4383
SİYASƏT
A- A+

Eldəniz Quliyevdən İqbal Ağazadəyə çətin sual

Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şura üzvü Eldəniz Quliyev millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağzadənin "Təqlidçilər və marginallaşmışlar” yazısına cavab verib. E.Quliyev məlum cavabında İ.Ağazadəni müxalifətə qarşı sərgilədiyi cəsarəti iqtidara qarşı sərgiləməməkdə ittiham edib və ona bir neçə sual ünvanlayıb:

İqbal Ağazadə yeni bir yazı yazıb və demək olar ki, bütün müxalifəti bir-birinə tənəli möhür vurmaqda suçlayıb.Ancaq öz yazısında da başdan -ayağa möhür vurmaqla məşğul olub. Görən o, demokratik düşərgə haqqında dilə gətirdiyi ittihamları hakimiyyət barəsində də deyə bilərmi?! Deyə bilərsə, bəs niyə demir?..