adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Avqust 2014 16:14
3510
MƏMLƏKƏT
A- A+

Hüseyn Bağırov qəbul keçirəcək

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov avqustun 29-da saat 10:00-da Göygöl şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Göygöl, Daşkəsən, Goranboy rayonlarının və Naftalan şəhərinin vətəndaşlarını qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün[email protected][email protected]elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli "Qaynar xətt”i, həmçinin Göygöl Meşə Mühafizəsi və Bərpası müəssisəsi ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050 448 02 90; 050 337 79 94; 022 20 54977) xahiş olunur.