adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
19 Avqust 2014 16:01
3694
MƏMLƏKƏT
A- A+

Qan qohumlarının evliliyində ziyanlar – layihə

 "Gəncliyin Səsi” Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Qan qohumluğunun sağlamlığa və sağlam ailə dəyərlərinə mənfi təsirinə dair maarifləndirmə işləri” layihəsini uğurla icra etməkdədir. Qurumun sədri Pərviz Rzayevin saytımıza verdiyi məlumata görə, layihənin məqsədi Şirvan şəhərində ailə qurarkən qan qohumuğu faktorunun mənfi təsirini gənclərin diqqətinə çatdırmaqdan ibarətdir. 
Layihə çərçivəsində 16 avqust 2014-cü ildə Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin ofisində qan qohumlu nigahların təhlükəsi və tibbi genetik məsləhətlərin zəruriliyi barədə maarifləndirmə ilə bağlı növbəti tədbir keçirilmişdir.