adalet.az header logo
  • Bakı 18°C
19 Avqust 2014 14:05
3836
HADİSƏ
A- A+

14 yaşlı oğlan boğularaq öldü

Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində 14 yaşlı yeniyetmə boğularaq ölüb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Bərdənin Bəcirəvan kənd sakini, 14 yaşlı Yusif Qarayev qohumu ilə kanalda çimərkən boğulub. Yusifin suya baş vurduqdan sonra üzə çıxmadığını görən qohum yaxınlıqdakı adamları köməyə çağırıb.

Bütün cəhdlərə rəğmən Y. Qarayevi tapıb sudan çıxarmaq mümkün olmayıb. Hadisə yerinə gələn yerli sakinlərin təxminən yarım saat davam edən axtarışlarından sonra yeniyetmənin meyiti tapılıb.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda araşdırma aparılır.