adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Avqust 2014 13:13
7157
MƏMLƏKƏT
A- A+

Kadrarxası: Rejissor Elxan Cəfərov “Dolu” filmində baş qəhrəmanın anası roluna öz həyat yoldaşını çəkib

Modern.az saytının"Kadrarxası” rubrikasında aktyor-rejissor Elxan Cəfərovla birgə Qarabağ savaşından bəhs edən "Dolu” filmindən söhbət açırıq.

Arayış: "Elxan Cəfərov 1967-ci il aprel ayının 29-da Bakıda anadan olub. 1984-1990-cı illərdə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. Hələ uşaq yaşlarında bir neçə filmə çəkilib. Onun ifa etdiyi çoxsaylı uşaq rolları arasında A.Dovjenko adına kinostudiyanın "Hazır ol, əlahəzrət” (1977) filmində şahzadə rolu da var. Hazırda rejissor kimi fəaliyyət göstərir. Ailəlidir, iki övladı var.

Çəkilişlərinə 2011-ci ilin yayında başalanılan "Dolu" filmiElxan Cəfərovun quruluşunda yazıçı-deputat Aqil Abbasın eyniadlı romanının motivləri əsasında"Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb.

Tammetrajlı bədii film Qarabağ müharibəsinin qanlı-qadalı günlərindən, heç nəyə baxmayaraq vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir.

Filmindöyüş və kütləvi səhnələrində Daxili Qoşunların 200-dən çox əsgər və zabiti çəkilib. Tryuk səhnələrinin çəkilişlərində Azərbaycan Kaskadyorlar Assosiasiyasının üzvləri iştirak edib.

Filmin ssenari müəllifiAqil Abbas, quruluşçu rejissorElxan Cəfərov, quruluşçu operatorNadir Mehdiyev, quruluşçu rəssam Rafiq Nəsirov, bəstəkarPolad Bülbüloğlu, musiqi redaktoruRauf Əliyev, baş prodüser Müşfiq Hətəmov, baş hərbi məsləhətçi isə polkovnik Məmməd Hacıyevdir.

Rollarda Fuad Poladov, Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Gülzar Qurbanova, Şamil Süleymanlı, Fərhad İsrafilov, Cavanşir Hadıyev, Rövşən Ağayev, Faiq Kərimoğlu, Vüqar Vəlixanov, Oqtay Quliyev, Şahmar Qəribli,Sərdar İsgəndərov, Vüsal Murtuzəliyevvə başqaları çəkilib.

Filminilk premyerasıAzərbaycan Milli Kino Gününə həsr olunaraq 2012-ci il avqustun 2-də"Nizami” Kino Mərkəzində keçirilib.

2013-cü ildəBakıdaMədəniyyət və Turizm Nazirliyinin teatr, musiqi, təsviri sənət və kino sahəsində təsis etdiyi "Zirvə" mükafatının 6-cı təqdimetmə mərasimində filmin yaradıcı heyətinə "Zirvə" mükafatı verilib.

Çəkilişlərinə 2011-ci ilin yayında başlanılan filmin istehsal tarixi 1il 6 ay davam edir.

Rejissor Elxan Cəfərov: "Bu filmdən öncə "Qarabağ”a həsr edilmiş qısametrajlı film çəkdiyimdən Mədəniyyət və Turizm Nazirliyi və Kino İdarəsi tərəfindən mənə belə bir təklif olundu. Mən də böyük məmnuniyyətlə qəbul etdim. Beləliklə iş başladı. Materialı öyrənərkən, problemin içərisinə vardıqca, mənim üçün müəyyən nüanslar açıldı. Aqil Abbasın Qarabağ həqiqətlərindən bəhs edən "Dolu” romanını oxudum. Baxmayaraq ki, filmdə əsərdəki hadisələrin əksəriyyəti yoxdur, çünki, filmimiz lokal janrdadır. Hələ romanı oxuyarkən özüm üçün "Qarabağ” problemini açdım, düşüncəmdə filmlə bağlı görüntülər yaranmağa başladı. Bu işlə məşğul olan bir insan kimi deyirəm ki, o material ki, dərhal mənim gözümdə canlanır, demək bu əsərə mənim ürəyim açıqdır. Bu işin üzərində tam gücümlə işləmək imkanım var”.

"Drakon” və "Pələng” obrazları üçün xelyi vaxt axtarışda olduğunu deyən müsahibim filmə çəkilmək üçün tanıdığı və potensialını bildiyi aktyorları dəvət edir. Nəticədə isə uğurlu bi iş ərsəyə gəlir.

Elxan Cəfərov: ""Pələng” rolunu oynayan Elvin Əhmədov "Dolu” filminin ilkin hazılıq dövründə rejissor köməkçisi işləyirdi. Axtarış zamanı Elvinlə məsləhətləşirdik ki, "kimi seçək”, "kim oynasın”, "filankəsi tapaq” və s. Bu məqamda "Pələng” obrazında Elvinin özünü gördüm. İş prosesində yaxın münasibətdə olduğumuzdan bilirdim ki, rolun öhdəsindən gələ bilər. Təklif etdim, sınaq çəkilişləri oldu, əla da alındı. "Drakon” rolunun ifaçısı Rza Razyev qapıdan içəri girəndə dərhal anladım ki, o, "Drakon”dur. Onun simasında Azərbaycanın qəhrəmanını gördüm, maşallah boy-buxunu bunu deməyə əsas verir. Kino həm də vizuallaşma deməkdir, xarici görünüş çox böyük önəm daşıyır”.

Kifayət qədər maliyyə tutumu olan filmin rejissoru "Dolu”nun vizual olaraq gözəl alınmasında quruluşçu operator Nadir Mehdiyevin əməyini xüsusi olaraq vurğuladı: "Mən rejissor olsam da, aktyorlarla iş, kompozisiya yada düşür, amma görüntü dedikdə bu Nadir Mehdiyevdir”.

Filmdə Polyaniçko (Azərbaycan Kommunist Partiyası MK-nın II katibi) ilə bağlı bir səhnə rejissoru qane etmədiyindən onu filmə salmır.

Elxan Cəfərov: "Ümumiyyətlə böyük filmlər çətinliklərlə bağlı olur. Amma bu mövzu hər azərbaycanlı üçün müqəddəs olduğundan, hara gedirdiksə, insanların köməyilə, isti münasibətlə rastlaşırdıq. İndinin özündə də bütün dövlət strukturlarına - Daxili İşlər Nazirliyinə, nazir Ramil Usubova, Müdafiə Nazirliyinə, Şəmkir korpusunun komandiri general Rövşən Əkbərova xüsusi minnətdarlığımı bildirirəm. Bizə hərtərəfli kömək olduğundan istər maddi, istərsə də texniki problemlər olmadı. Aktyorlar filmə ürəyini qoyduğundan, uğura inandığından heç bir çətinliklər yaranmadı”.


Çəkiliş zamanı yaralanan kaskadyorun ayağı uzun müddət gipsdə qalıb

Müsahibim bildirir ki, ilk kadrlarda gördüyümüz partlayan bombalar, kəndin alışması pirotexnik tərəfindən həyata keçirilən işlər idi. 
"Bildiyiniz kimi, pirotexnika kino istehsalının vacib bir hissəsidir. Biz həm yerli pirotexniklərlə, həm də İrandan dəvət olunan pirotexniklərlə çalışırdıq. Əlbəttə ki, o partlayıcılar bomba deyildi, amma olduqca təhlükəli idi. Yən, 7 metr yaxınlığa getmək olmazdı. Bir çoxları deyir ki, filmdə qrafik işdən istifadə edilib. Amma doğrudan da "Dolu”da partlayış səhnələrində (az bir qismi nəzərə almasaq) heç bir qrafikadan istifadə edilməyib. Kütləvi səhnələrdə çox böyük çətinliklər oldu. 180 nəfər aşağı düşəndə eyni zamanda 7 bombanın hərəsindən 7 metr aralıda qalmaq çətin məsələ idi. Çox şükür ki, salamatlıqla bitirdik. Filmdə kaskadyorlarımız xəsarət almışdı. Onlardan birinin alnını qəlpə yaralamışdı. Digərinin isə zədəsi ağır idi, hətta qanaxmasını dayandıra bilmirdik. Kaskadyor qrupunun rəhbəri Əli Məmmədovun canlandırdığı bir səhnə vardı. Hansı ki, çox ağrılı olduğundan mən onu çıxartdım. O epizodun çəkilişdə Əli ağır zədələndi. Epizodda şəhərin "qrad”la bombardıman edilməsi zamanı kaskadyorlar 3-cü mərtəbədən aşağı atlanırdılar. Məhz o epizodda özümüzün səhlənkarlığımız ucbatından Əli Məmmədov digər iki kaskadyorla birgə pəncərədən tullananda onun ayağı lazım olmayan yerə girdi və dabanı sındı. Təxminən 5 ay gipsdə qaldı. Amma şükürlər olsun indi yaxşıdır, hətta yeni bir filmimizdə də oynayır”.

"Filmdə hərbi hissəni özümüz qurmuşduq”