adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Avqust 2014 12:05
6599
İDMAN
A- A+

Karateçilərimiz erməniləri biabırcasına məğlub ediblər

Görüşdən dərhal sonra pərt vəziyyətə düşən ermənilər yarış zalını tərk ediblər

Türkiyənin Ərzurum şəhərində 11-ci Beynəlxalq "Palandökən" turnirinin komanda kumite yarışlarında erməni idmançılarla tatamiyə çıxan Azərbaycan karateçiləri rəqibi biabırcasına məğlub ediblər.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə bildiriblər ki, böyüklərdən ibarət seçmə komandanın üzvləri Pənah Abdullayev və Əli Cəfərov rəqibə heç bir şans vermədən 7:0 hesablı qələbələrlə komandamıza və onu dəstəkləyən böyük auditoriyaya gözəl anlar yaşadıblar.

Komandanın heyətində həmçinin Yusif Əliyevlə Vüsal İsrafilov da yer alıb.

Görüşdən dərhal sonra pərt vəziyyətə düşən ermənilər yarış zalını tərk ediblər.