adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Avqust 2014 14:52
9801
KRİMİNAL
A- A+

Şadlıq evindəki partlayışla bağlı rəsmi məlumat

Daxili İşlər Nazirliyi Bakıda şadlıq evində baş vermiş partlayışla bağlı məlumat yayıb.Adalet.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 15-də saat 15 radələrində paytaxtın Nizami rayonu Çobanzadə küçəsində yerləşən "Sultan” şadlıq sarayının həyətində məişətdə istifadə edilən qaz balonunun sızmasından ani partlayış baş verib. Orada təmizlik işləri aparan Bakı şəhər sakini Əlif Əhmədov və Şamaxı rayon sakini Tural Comərdov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. T.Comərdova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Ə.Əhmədovun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.